Bakı-Qazax yolunda ağır qəza: 1 nəfər ölüb, 3 uşaq yaralanıb

1-07-2024, 16:55 134 dəfə baxılıb

 

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Azerinews.az" xəbər verir ki, APA-nın yməlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R.Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində Şəmkir rayon sakinləri - 2017-ci il təvəllüdlü Ayxan Ravin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Nuray Ravin qızı Hüseynli və 2015-ci il təvəllüdlü Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar.

Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031