Azərbaycanda birhəftəlik körpəni küçəyə atdılar

5-07-2024, 13:00 147 dəfə baxılıb

 

"Park ərazisində aşkarlanan birhəftəlik körpənin həyatı üçün təhlükə yoxdur".

BunuDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yenidoğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.

"Polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər. Vaxtında görülən tədbirlər nəticəsində onun həyatı xilas edilib. Daha sonra körpə polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Bakıda birhəftəlik körpəni küçəyə atıblar.

Lent.az-ın məlumatına görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində küçəyə atılan körpə polis əməkdaşları tərəfindən tapılaraq körpələr evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031