TORPAQLARIMIZI GERİ QAYTARMALIYLQ !!!

4-02-2025, 16:18 13 dəfə baxılıb

 

Məlum  olduğu  kimi ,  bu  günlərdə  İranda  səfərdə  olan  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  İran  prezidenti  Məsud  Pezeşkian  və  İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə  görüşüb.  Görüşdə  iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq ;  regional təhlükəsizlik məsələləri  və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti  barədə  fikir  mübadiləsi  aparılıb.  İran  Prezidenti  Məsud  Pezeşkian  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib  ki :  "İran  Cənubi   Qafqaz regionunda coğrafi sərhədlərin  dəyişikliyinə  və   xarici qüvvələrin  bölgəyə  müdaxiləsinə qarşıdır".
  İran  siyasi  rəhbərliyinin   mövqeyi  məlumdur.  Lakin İran Azərbaycan ərazilərinin otuz  il  müddətində  Ermənistanın 
 işğalı  altında  qalanda  susmuşdu .   İran  o  zaman  Ermənistana  iqtisadi  cəhətdən  yardım  edir ,  həm  də  siyasi  dəstək    göstərirdi.
 İndi  İran   rəhbərliyi   bölgədə  ərazi  dəyişikliyinin  əlahinə  olduğunu  bildirir.  Tarixdən  məlumdur  ki ,  1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.  BÖYÜK  GÜCLƏRİN  təzyiqi  ilə  1918 - ci  ildə  Ermənistan  dövləti  yarananda  onlara ( ermənilərə )  Azərbaycan  torpaqlarlndan   9 ( doqquz)  min  kvadrat  kilometr  ərazi  ayrılmışdı. Tarixi  sənədlərdə  qeyd  olunur  ki,  "Batum  müqavilələri"nə əsasən , Ermənistan  dövləti  yaradılarkən  Ermənistan  tərəfi  Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. 
 Bu  öhdəliklərə   əsasən,  bundan  sonra  ermənilər   Azərbaycana qarşı ərazi iddialarından imtina  edəcəkdilər.
Lakin  ermənilər məqsədlərinə  çatandan  sonra üzərilərinə götürdükləri  öhdəlikləri birtərəfli qaydada pozdular  və  Azərbaycana  qarşı  işğalçılıq siyasətini davam etdirdilər.
  Sonralar  MOSKVANIN  TƏZYİQİ  İLƏ    Sovet  hakimiyyəti  tərəfindən  müxtəlif  zamanlarda  Azərbaycan  torpaqları  hissə  - hissə  Ermənistana  hədiyyə  edildi. 
 Nəticə  etibarı  ilə  Ermənistan  SSR - nin  ərazisi  böyüyərək  29,8  min.kv. km. oldu.
  Məhz  buna  görə  1991 - ci  ildə  SSRİ  dağılanda  Almatı  Sazişinə  görə  Ermənistan  ərazisi  29,8  min kv.km. göstərilmişdi.
İndi   Ermənistanın  baş  naziri  Nikol  Paşin­yan  sülh danışıqlarında  tez - tez  Almatı  Sazişinə  istinad  edərək  bəyan  edir  ki : Azərbaycanın  ərazisi  86,6  min  kv. km.  ;  Ermənistanın  ərazisi  isə  29,8 min kvadratkilometr­dir.
 Lakin Nikol  Paşinyanın  bəyan etdiyi məlumat  əsassızdır.   Çünki ,  Ermənistanın 1918-1920-ci il­lərdə mövcud olmuş  dövlət  ərazisi 9 min kvadratkilometr olub .
  Hesab  edirik ki ;  İranın , Rusiyanın  və  digər  dövlətlərin 
 hansı  mövqedə  olmasından  asılı  olmayaraq ,  rəsmi  Bakı  öz  prinsipial  mövqeyində  qalmalıdır.
 Azərbaycan
 KOMMUNİST  rejimi  tərəfindən  ermənilərə  hədiyyə  edilmiş  torpaqların , o  cümlədən  Zəngəzurun  
 geri qaytarılması üçün  axıra  kimi  mübarizə aparmalıdır...

HƏP  sədrinin  siyasi  məsələlər  üzrə  müşaviri ,
Qəvami  Sadıqbəyli.
4  Yanvar  2025 - ci  il.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728