"USAİD" NƏYƏ XİDMƏT EDİRDİ ...?!
Bildiyimiz kimi, "USAİD" Amerika Birləşmiş Ştatlarının ( ABŞ ) Müstəqil Beynəlxalq İnkişaf Agentliyidir.
"USAID" xarici ölkələrdə fəaliyyət göstərən mülkü təşkilatların [ QHT , İnformasiya Agentlikləri, Sərhədsiz Reportyorlar " Təşkilatı və s. ] inkişafı üçün onlara maliyyə yardımı edirdi.
Donalt Tramp ABŞ prezidenti kimi fəaliyyətə başlayandan sonra "USAİD"- in fəaliyyətini dayandırdı.
ABŞ -ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin ( DOGE ) yeni rəhbəri - İlon Mask "USAİD" -in bağlanmasını maliyyə yoxlamaları ilə əsaslandırdı.
Bu mövzuda yayılan məlumatlardan aydın olur ki , bu Agentlik ( USAİD ) bir çox qaranlıq və zərərli işlərlə məşgul olurmuş .
Araşdırmalar göstərir ki, reallıqda "USAİD" uzun illər ayrı - ayrı ölkələrdə insanları çaşdıran və yoldan çıxaran təşkilərlara yardım edib.
"USAİD"- in fəaliyyətinə aşağıdakı istiqamətlər aid olub :
1. Yüzdən çox ölkədə fəaliyyət göstərən mülki təşkilatlara [ QHT , İnformasiya Agentlikləri , Sərhədsiz Reportyorlar " Təşkilatı və s.] milyonlarla dollar qrant ayırıb;
2. Ayrı - ayrı ölkələrdə vətəndaşları dövlət çevrilişlərinə sövq edib ;
3. Xarici ölkələrdə fəaliyyət göstərən mülki təşkilatların rəhbərliyi ilə gizli maliyyə bölgüsü aparıb
4. İnsanların əxlaqını pozan gender bərabərliyi və Feminizmi müntəzəm təbliğ edib ;5. ABŞ Dövləti tərəfindən ayrılan Maliyyə yardımlarının silinməsi prosesində korrupsiyaya yol verib.
Məsələn , "USAİD" 2023 - cü ildə 30 ( otuz ) ölkədə fəaliyyət göstərən 707 Müstəqil Xəbər Agentliyinə , 279 Vətəndaş Cəmiyyəti Təşkilatına yardım göstərib.
6200 nəfər jurnalistin "təlim" keçməsini təmin edib.
Sonralar USAİD- dən "TƏLİM" keçdiyi və maliyyə dəstəyi göstərdiyi İnformasiya Agentlikləri və jurnalistlər insanların əxlaqını pozan
[ "UNICEF" gender bərabərliyini , "Feminizmi" təbliğ edən cəmiyyətlər ] ; çevrilişlər hazırlayan təşkilatların "fəaliyyətini" təbliğ ediblər.
Məlumat üçün bildiririk ki , Azərbaycan da "USAİD"-in fəaliyyətini dayandırıb.
Buna səbəb bir çox ölkələrdə olduğu kimi "USAİD"-in ölkəmizin daxili işlərinə qarışması , insanlarımızın ( xüsusiylə gənclərimizin ) milli xüsusiyyətlərinə zərbə vuran fəaliyyətləri olub.
Hesab edirik ki , "USAİD"- i bağlamaqla dövlətimiz düzgün addım atıb. Ölkəmizdə sabitliyi pozan və vətəndaşlarımızı narahat edən təşkilatlar bağlanmalıdır.
Qəvami Sadıqbəyli, Jurnalist - politoloq.
10 Fevral 2025 - ci il.