AVROPA ÖLKƏLƏRİ UKRAYNANI AXIRADƏK MÜDAFİƏ EDƏCƏKLƏRİNİ BƏYAN EDİBLƏR .....
ABŞ prezidenti Donald Tramla RF prezidenti Vladimir Putin arasında telefon danışıqlarından sonra Rusiya siyasiləri eyforiyaya qapanıblar.
Onlar 9 mayda faşizm üzərində qələbənin 80 illiyi paradında Ukrayna üzərində "QƏLƏBƏ" qazandıqlarını dünyaya elan etməyə tələsirlər.
Hərbi paradda Putinin Trampla birlikdə iştirakına hazırlaşırlar.
Hələ müharibə bitməmiş, Ukraynanın
“kapitulyasiya"sını rəsmiıəşdirmək üçün Səudiyyə Ərəbistanında Tramla Putinin görüşməsini nəzərdən keçirirlər.
Yəni , dünyanın iki "QOÇUSU " Ukraynanın taleyini Ukrayna siyasi rəhbərliyinin iştirakı olmadan həll etmək istəyirlər.
Lakin yaxın günlərdə Münhen Təhlükəsizlik konfransında
ONLARIN (Tramp və Putinin ) gözləmədiyi sürpiz qərarlar qəbul oluna bilər.
Yayılan məlumatlara görə 12 vevral 2025 - ci il tarixində Brüsselə gələn ABŞ müdafiə naziri - Pit Heqsetini NATO-nun Avropa müttəfiqləri soyuq qarşılayıblar.
Söhbət zamanı Heqsetin işğal edilmiş Ukrayna ərazilərinin qaytarılmasını və NATO-ya üzv olmasını “reallıqdan uzaq hədəf” kimi dəyərləndirməsi fikrini Böyük Britaniyanın, Fransanın, Almaniyanın, İtaliyanın, İspaniyanın və Polşanın xarici işlər nazirləri qəbul etməyib.
Onlar Ukraynaya bundan sonra da hərbi və maliyyə dəstəklərini artıracaqlarını bəyan ediblər.
Strateji baxımdan Ukraynanın məğlub olmasının Avropanın təhlükəsizliyinə ciddi zərbə vuracağını bildiriblər.
Avropa ölkələrinin rəsmiləri qeyd ediblər ki :
"Ukrayna Avropanın bir parçasıdır və Ukraynanın danışıqlardan kənar qalması yolverilməzdir."
Donald Trampın Putinlə apardığı telefon danışıqları barədə açıqlamalarından sonra ABŞ-ı təmsil edən digər siyasətçilər tamam başqa fikirlər səsləndiriblər.
Məsələn , "Vitse-prezident Vens bildirib ki, Rusiya Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək sülh variantına razı olmasa, ABŞ Ukraynaya hərbi kontingent göndərəcək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək".
Müdafiə naziri Heqset isə əvvəlki sözlərinə düzəliş edərək deyib ki, "Ukraynanın heç vaxt NATO üzvü olmayacağını söyləməyib, söhbət yalnız indiki mərhələdən gedir."
Heqset qeyd edib ki, Ukraynaya nüvə silahı verilməsi də istisna deyil. Lakin bu fikirlərin reallığı azdır.
Çox güman ki , bu sözlərlə Heqset Rusiyanı qorxuzmaq istəyir.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Koul da bəyan edib ki, gələcəkdə Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini və NATO-ya qəbul olunmasını istisna etmirlər.
Məlumatlara görə bu gün Ukraynanın silah-sursat ehtiyacının 70 faizi Ukraynanın özü və Aİ tərəfindən təmin edilir .
Doğrudur , ABŞ-ın dəstəyi də çox vacibdir.
Amma görünən odur ki , ABŞ əlini çəksə belə Ukrayna öz gücü və Avropa ölkələrinin dəsdəyi ilə müharibəni davam etdirməkdən imtina etməyib.
Göründüyü kimi ABŞ həmişəki kimi ikili standartlarla çıxış edir.
Ölkələrinin taleyini Ukrayna xalqı özü həll edəcək .
Qəvami Sadıqbəyli, Jurnalist - politoloq.
14 Fevral 2025 - ci il.