UKRAYNA UĞRUNDA YENİ SAVAŞ BAŞLAYIR .....
Ağ Evdə Donald Trampla Ukrayna lideri Volodimir Zelenski dialoqu zamanı baş verən qalmaqaldan sonra ABŞ-AB siyasi müstəvisində əmələ gələn
gərginlik, ziddiyyət və çat dərinləşməkdə davam edir.
Qərb dövlətlərinin siyasi rəhbərləri bu prosesi dayandıra bilməsələr dünyanın ən böyük güc mərkəzi olan
" kollektuv Qərb"-in yaxın zamanlarda parçalanması labüdür.
Bu gedişad Avropa Birliyinin də gələcək taleyini şübhə altına salır.
Faktiki olaraq Donald Tramp prezident Volodimir Zelenskiyə Ukraynanın təbii sərvətlərinin ABŞ-a təhvil verilməsi barədə sazişi imzalatdıra bilmədi. Bununla da ABŞ-Rusiya və ABŞ-AB münasibətləri siyasi dumana girmiş oldu.
ABŞ və Rusiyanın maraqlarına xidmət edən Tramp-Putin sövdələşməsinin təsiri ilə Ukrayna müharibəsini dayandırmaq planı pozuldu.
İndi Ukrayna ordusunun hərbi texnika ilə təchizatı məsələsi Avropa Birliyinin öhdəsinə qalır.
Məhz bu səbəbə görə Avropa ölkələri ciddi çaşqınlıq içindədir.
Avropa Birliyi qətiyyətli addımlar atmasa, öz gələcəkləri təhlükə altında qala bilər.
Zelenskinin Ağ Evi tərk etdikdən sonra birbaşa Londona gəlməsi ; 2 mart 2025- ci il tarixində Böyük Britaniya başda olmaqla Avropa dövlət bsşçılarının toplanmasını zəruri etdi.
Bu arada Böyük Britaniyanın baş naziri Keir Starmer Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna böhranını müzakirə etməyi lazım bildi və Avropa liderlərinin toplantısında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil etdi.
Uzun əsrlər boyu dünyaya nəzarət etməkdə təcrübəli olan Böyük Britaniyanın baş naziri indiki situasiyada Avropanın təhlükəsizliyini qorumaq məsələsində Türkiyənin müstəsna rolu ola biləcəyini yaxşı bilir.
Lakin Dövlətçilik məsələsində Böyük Britaniyadan da çox təcrübəsi olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sadəlövh deyil.
Ukraynanın ; əslində isə Avropa ölkələrinin müdafiəsini gücləndirmək prosesində iştirak etmək üçün Türkiyə tərəfinin öz şərtlərini diqtə edəcəyi şübhə doğurmur.
Nəticə etibarı ilə Avropa ölkələri öz "dərilərini" qorumaq üçün 50 ildən çox qapı arxasında saxladıqları Türkiyəyə "ağız açmağa" məcbur qalıblar.
Çünki , coğrafi xəritədə Ukraynadan sonra Avropa ölkələri yerləşir.
Ukrayna
müdafiəsiz qalsa Rusiya Avropa ölkələrini də işğal edəcək.
Yaxınlaşmaqda olan təhlükəni təkcə Böyük Britaniyanın deyil, digər Avropa dövlətlərinin siyasətçiləri də yaxşı bilirlər.
İndi Avropa dövlətləri Ukraynaya hərbi dəstək üçün daha çox maliyyə vəsaiti ayırmağa məcbur olublar.
Son məlumatlara görə, Avropa ölkələrinin Ukraynaya veriləcək dəstəklə bağlı prinsipial qərarı və rəsmi mövqeyi 6 mart 2025-ci il tarixində keçiriləcək toplantıda aydın olacaq.
Bu isə o deməkdir ki : Avropa ölkələrinin planı icraya yönəlsə Ukrayna müharibəsi daha da şiddətlənəcək.
Perespektivdə Ukraynalılar müharibənin ağır yükünü bir qədər də çəkməli olacaqlar ; getdikcə zəifəyən Rusiyada isə mərkəzdənqaçma prosesi başlayacaq.
Qəvami Sadıqbəyli.
3 Mart 2025 - ci il.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: