UKRAYNALILAR NƏ ETMƏLİDİR ...?!

4-03-2025, 16:56 10 dəfə baxılıb

 

2 Mart  2025-сi il  tarixində  Avropa  ölkələrinin  liderləri  Londonda Ukrayna ilə bağlı  müzakirələr  apardı.
 Toplantı başa çatdı, amma  siyasətçilər  konkret qərar  qəbul etmədilər.
  Ümumi razılıq  ondan ibarət  oldu ki, sülh layihəsi  hazırlanmalıdır.
Bu barədə  ABŞ-ın da  mövqeyi  bilinməlidir. 
  Avropa  dövlətlərini idarə  edən liderlərin  bu qərarı təsüf  doğurur.
  Çünki , ABŞ prezidenti  Donald Tramp Ukrayna ilə bağlı  mövqeyini 28  fevral 2025-ci il tarixində jurnalistlərin  gözü  qarşısında  Zelenskini aşağılamaqla  həm  Avropa öıkələrinin  rəhbərlərinə  həm də bütün dünyaya bəyan elədi.
  Bu  reallıqları biləndən sonra  yenidən ABŞ-a üz tutmaları  Avropa  liderlərinin aciz və qorxaq  olduqlarını   ortaya qoydu.
  Açıq aydın  görünür ki, onlar [ Avropalı  siyasətçilər ]  özlərini  Rusiyanın  "pəncəsindən" qorumaq  istəyirlər .
 Amma  avropalıların   heç biri  ukraynalılarla  birlikdə ruslara qarşı döyüşmək və ölmək istəmir.
 Hətda  müharibəni  davam etdirən Ukraynaya lazım  olan məbləğdə ( məsələn, ən azı 500  milyard dollar.] vəsait  ayıra bilmirlər.
 Bu reallıqlar  göstərir ki, güc  yenə  "doğana" - Ukraynalıların  özünə  düşəcək.
  Yenə  insanlar  öldürüləcək ,  şəhərlər-kəndlər dağılacaq.
  Müşahidələr  göstərir ki ,  dünya düzəni sürətlə dəyişir.
 Minillik  dövlətçilik  təcrübəsinə  malik olan  Türkiyə  [TDT və  ya TURAN  birliyinə ] ,
Çin [Orta Dəhliz  və ya İpək yolu ]
strateji yol xəritəsinə uyğun  olaraq addım - addım irəli gedir.  ABŞ [Kanada , Qrelandiya , Panama və  Arktikanı  özünə  qatmaqla] daha  da böyümək  istəyir. Rusiya  öz aləmində [ yenidən  SSRİ-nin  bərpasına ]  super güc  olmağa çalışır.
 Avropa Birliyi  isə çaşqınlıq  içindədir.
 Avropa  ölkələri  NATO-ya  güvənib  Ukraynanı  Rusiyanın  qabağına "itələdilər."
  Üç il keçməsinə  baxmayaraq,  Rusiyanı məğlub  edə bilmirlər.  Ukraynanı da  axıra qədər  qorumağı  bacarmırlar.  Avropa  ölkələrinin  liderlərinin  güvəndiyi  ABŞ-ın  prezidenti  Donald Tramp  onlarla  qəbuledilməz  şərtlərlə danışır.
 NATO-nun  vuran qolu olan  Türkiyə siyasi  rəhbərliyi də  sadəlövh deyil. Birinci  Dünya  müharibəsində  Böyük Osmanlı İmperiyasını  itirdilər. 1923 -cü ildə  inşa edilən  Türkiyə  Respublikası 
 yüz  ildir  böyük savaşlara  qoşulmadan  yavaş - yavaş  güclənir. İndi  TDT layihəsi  üzrə  uğurla   irəlilədikləri  mərhələdə  yoldan çıxıb ;   Ukrayna  bataqlığında  çapalamaq  istəmirlər.
  Bəs Ukrayna  nə etməlidir..?
 Əlbətdə bu barədə qərar  qəbul etmək  ukrayna xalqının  ixtiyarındadır.
  Biz ancaq  düşündüyümüzü  cəmiyyətlə  bölüşə bilərik.
  Reallıq budur  ki , üç il davam  edən və müasir  hərbi texnika ilə aparılan  müharibədə  bir  milyona yaxın  ukraynalı həlak olub. Yüz minlərlə  insan  yaralanıb , şikəst olub , itkin  düşüb. On  milyona  yaxın  ukraynalı ölkəni  tərk edib, xarici  ölkələrə sığınıb.
 Böyük ümüdlər  bağladıqları ABŞ onlardan üz döndərdi. Avropa  ölkələri onları qızışdırır, özləri isə  Rusiya  ilə  döyüşə  girmək  istəmir.
  Vaxtı ilə  Azərbaycan da  ABŞ ,Fransa və Rusiyanın arxa  durduğu , silahlandırdığı ,  beynəlxalq  tədbirlərdə müdafiə etdiyi Ermənistanla  münaqişədə tək  qalmışdı. Lakin  Azərbaycan  siyasi  rəhbərliyi  heç  bir  kapitulyasiya - təslimçilik  sənədinə imza  atmadı. Böyük  dövlət  xadimi  Heydər Əliyevin  uzaqgörən  siyasətiylə 1994 - ildə  Atəşkəsə  nail olundu. Respublikamızın  İqtisadiyatı dirçəldi , Ordu yenidən quruldu.
Ölkəmizin hərbi  qüdrəti artdı.
  Prezident  İlham Əliyevin  rəhbərliyi ilə  dövlətimiz və xalqımız yumruq  kimi birləşdi.
  2020-ci ilin 27 sentyabrında başlayan İkinci  Qarabağ  müharibəsində cəmi  44  günə  düşməni diz çökdürdük.
19/20  sentyabr  2023- cü il tarixində isə  Şanlı Ordumuzun  apardığı anti- terror əməliyatı ilə Ermənistan  üzərində  tam  qələbə qazandıq. İşğal altında qalan torpaqlarımızı azad etdik. Respublikamızın  bütün ərazisində  Süverenliyimiz bərpa olundu.
  Bu  gün  azərbaycanlılar dünyanın  istənilən  ölkəsində və guşəsində alnı açıq, başı dik gəzir.
  Düşünürük ki , ukraynalılar da  ruhdan  düşməməli , daha çox  itkilərdən qaçmaq və yenidən  dirçəlmək üçün onlar atəşkəs variantını seçə  bilərlər.

Qəvami  Sadıqbəyli, Jurnalist-politoloq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930