Rusiya ordusu haqqında feyk məlumat yayanların əmlakı müsadirə olunacaq

31-01-2024, 14:42 4 dəfə baxılıb

Rusiya Dövlət Duması Silahlı Qüvvələr haqqında feyk məlumatlar yaymağa görə əmlakın müsadirə edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə qərar dumanın bu gün keçirilən plenar iclasında qəbul olunub.

Rusiya ordusuna aid feyk məlumatlar yaymağa görə əmlakın müsadirəsi haqqında qanun layihəsi Rusiya Federasiyasının müdafiə qabiliyyətini, təhlükəsizliyini və konstitusiya quruluşunu qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, qanun layihəsinin müəllifləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, spikerin müavini İrina Yarovaya, “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev, Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov, LDPR fraksiyasının rəhbəri Leonid Slutski, təhlükəsizlik və mədəniyyət komitələrinin rəhbərləri Vasili Piskarev və Yelena Yampolskaya, eləcə də digər deputatlardır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031