Gürcüstan” partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək

1-02-2024, 11:51 10 dəfə baxılıb

 

Bu gün Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.

“Azerenews.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən İrakli Qaribaşvilinin partiyanın yeni sədri seçiləcəyi gözlənilir. 

Hakim partiya baş nazir postuna “Gürcü arzusu – demokratik Gürcüstan”ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatları təkzib etmir. 

Xatırladaq ki, sözügedən dəyişikliklər barədə məlumatı ilk olaraq Gürcüstanın “İmedi” telekanalı yaymışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930