İsrail Müdafiə Ordusu İranın nüvə təhlükəsinin aradan qaldırıldığını bəyan edib

30-06-2025, 19:38 6 dəfə baxılıb

İsrail Müdafiə Ordusu İranın nüvə təhlükəsinin aradan qaldırıldığını bəyan edib

İranın nüvə təhlükəsi aradan qaldırılıb, İsrail ordusunun əməliyyatı bu layihələrin inkişafını uzun müddətlik geri salıb.

Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Avihay Adrai deyib.

"Əməliyyatın əsas məqsədi İsrail Dövləti üçün həm İranın nüvə layihəsi, həm də raket proqramı tərəfindən təqdim edilən nüvə təhlükəsini və ekzistensial təhlükəni aradan qaldırmaq idi. Bizim qiymətləndirməmizə görə, bu proqramların inkişafını uzun müddətlik geri sala bildik", - A.Adrai qeyd edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, İsrail ordusu ölkənin siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulan bütün vəzifələri yerinə yetirib.

İranın ali lideri, ayətullah Əli Xamenei daha əvvəl 12 günlük münaqişənin yekunları üzrə Tehranın Tel-Əviv üzərində qələbəsini elan edib, İran xalqını İsrail üzərində qələbə münasibətilə təbrik edib.

İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur bildirib ki, İsrailin İran ərazisinə hücumları nəticəsində 620-dən çox insan ölüb, 4 870 nəfər xəsarət alıb. Öz növbəsində İsrail isə 20-dən çox ölən və 1 470-dən çox yaralanan barədə məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031