Rubio: USAID rəsmi olaraq iyulun 1-dən xarici yardım proqramlarını dayandırır

1-07-2025, 18:57 18 dəfə baxılıb

Rubio: USAID rəsmi olaraq iyulun 1-dən xarici yardım proqramlarını dayandırır

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyulun 1-dən etibarən rəsmi olaraq xarici yardım proqramlarının idarə edilməsini dayandırır.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio qurumun “Substack” xidmətindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, prezident administrasiyasının siyasətinə uyğun olan və Vaşinqtonun maraqlarını irəli sürən yardım proqramlarının bir hissəsi dövlət departamenti tərəfindən həyata keçiriləcək.

İyun ayında bildirilmişdi ki, Vaşinqton sentyabrın 30-na qədər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici nümayəndəliklərini ləğv etməyi planlaşdırır. USAID-in xarici nümayəndəliklərinin ləğvi prosesi diplomatik xidmət işçiləri, podratçılar daxil olmaqla yüzlərlə əməkdaşa təsir edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031