ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq

28-07-2025, 17:40 6 dəfə baxılıb

ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya üçün yeni son tarixin 10-12 gün olacağını bildirib.

Bu barədə ABŞ Prezidenti Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib.

"Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni müddət təyin edəcəyəm. Gözləmək üçün heç bir səbəb yoxdur. Biz sadəcə heç bir irəliləyiş görmürük", - D.Tramp bildirib.

Bu gün Britaniyanın Baş naziri ilə danışıqların başlamazdan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putindən çox məyus olduğunu bildirmiş və Ukrayna ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930