İranda silahlı insident zamanı 2 nəfər ölüb

2-02-2024, 11:33 7 dəfə baxılıb

 

İranda silahlı insident 2 nəfərin ölümü ilə nəticələnib.

"Azerinews.az" İran KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin şərq polis komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, Pakdəşt şəhərində növbətçi əsgər ehtiyatsızlıqdan atəş açaraq polis zabitini yaralayıb. Bundan sonra növbətçi əsgər dərhal özünü güllələyib.

Yaralılar dərhal tibb məntəqəsinə çatdırılıb, lakin ikisi də həyatını itirib.

Hadisənin əlavə təfərrüatları araşdırmalardan sonra açıqlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031