Yavuz Bülent Bakiler vəfat etdi

28-09-2025, 17:15 170 dəfə baxılıb

 

Azərbaycan haqda çoxsaylı şeirlərin müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.

 Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat paylaşıb.

“Türk ədəbiyyatının ən nüfuzlu yazarlarından biri, ziyalı, dünyamızın sayılıb-seçilən simalarından biri olan Yavuz Bülent Bakilerin vəfatını dərin hüznlə öyrəndik. Mərhuma Allahdan rəhmət diləyir, yaxınları və bütün ədəbiyyat dünyasına başsağlığı veririk”, - məlumatda qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da onun ölümü barədə “X” hesabında paylaşım edib:

“Yavuz Bülent Bakilerin vəfatından dərin hüznlə kədərlənirəm. Allahdan Bakilerə rəhmət diləyir, ailəsinə, dostlarına və ədəbi ictimaiyyətə başsağlığı verirəm. Allah rəhmət eləsin məkanı cənnət olsun”.

Qeyd edək ki, mərhum şair “Azərbaycan ürəyimdə bir şah damardır”, “Qarabağ həsrəti kimi” unudulmaz şeirlərin müəllifidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031