Rusiya Ukraynanın hərbi sənaye obyektlərini vurdu

28-09-2025, 19:26 113 dəfə baxılıb

 

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye obyektlərinə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Azerinews.az” xəbər verir ki, nazirlik Rusiya ordusunun Ukraynaya qarşı hücumunun təfərrüatı ilə bağlı bəyanat yayıb.

Açıqlamada Rusiya hərbçilərinin Ukraynadakı hərbi varlıqlarına hücumlarının davam etdiyi vurğulanıb:

“Rusiya Silahlı Qüvvələri uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-lardan istifadə etməklə, gecə saatlarında Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava limanının infrastrukturuna havadan və dənizdən intensiv hücumlar həyata keçirib”.

Qeyd edilib ki, hücum hədəfinə nail olunub və təyin olunmuş bütün hədəflər vurulub.

Nazirlik, həmçinin, bəyan edib ki, bir gecədə 41 Ukrayna PUA-sı Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031