O da liderləri sülhə görə təbrik etdi

2-10-2025, 14:20 15 dəfə baxılıb

 

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı iki ölkə arasında nail olunan sülhə görə təbrik edib.

Azerinews.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib”, - paylaşımda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031