Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - Fotolar

2-10-2025, 15:59 124 dəfə baxılıb

 

Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibətilə rəsmi qəbul keçirilib.

“Azerinews.az” “Sözcü”yə istinadən xəbər verir ki, tədbirdə ölkə Prezidenti, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib.

Bundan başqa, Ərdoğanla Davudoğlu bir müddət səmimi söhbət edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb.

Bildirilir ki, rəsmi qəbulda CHP sədri Özgür Özel və bu partiyanın millət vəkilləri həmçinin İYİ Partiyasının lideri Müsavat Dərvişoğlu iştirak etməyib.

Qeyd edək ki, Ə.Davudoğlu və Ə.Babacan Türkiyənin hakim partiyası AKP-nin keçmiş üzvləridir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031