İsrail XİN: Sumud flotilyası Qəzzada aktiv döyüş zonasına daxil ola bilməyib

2-10-2025, 16:02 195 dəfə baxılıb

 

Qəzzaya humanitar yardım aparan Qlobal Sumud flotilyasının saxlanılan aktivistləri sağlamdır və təhlükəsizlikdədir.

"Azerinews.az" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

“HAMAS-Sumud təxribatı bitib. HAMAS-Sumud təxribat yaxtalarının heç biri aktiv döyüş zonasına daxil ola bilməyib və qanuni dəniz blokadasını yarmağa müvəffəq olmayıb. Bütün sərnişinlər təhlükəsizlikdədir və sağlamlıqları qaydasındadır. Onlar təhlükəsiz formada İsrailə gedirlər və oradan da Avropaya deportasiya olunacaqlar. Bu provokasiyada iştirak edən sadəcə bir gəmi uzaq məsafədə qalıb. O gəmi də yaxınlaşaraq aktiv döyüş zonasına daxil olmağa və blokadanı yarmağa çalışsa, onun da qarşısı alınacaq”, - nazirliyin bəyanatında qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031