Britaniya və Almaniya 15 oktyabrda "Ramştayn" formatında görüş çağırır

2-10-2025, 16:06 103 dəfə baxılıb

 

Oktyabrın 15-də Böyük Britaniya və Almaniya NATO-nun qərargahında Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun iclasını çağıracaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, həmin gün NATO ölkələrinin müdafiə nazirlərinin görüşü də Alyansın qərargahında keçiriləcək.

Məlumat üçün bildirək ki, "Ramştayn" formatında əvvəlki iclas sentyabrın 9-da Londonda baş tutub.

"Ramştayn" formatı 2022-ci ilin martında ABŞ tərəfindən Ukraynaya hərbi yardımın koordinasiyası üçün 50-dən çox ölkənin iştirakı ilə yaradılmış platformadır.

ABŞ-da Donald Tramp hakimiyyətə gələndən sonra isə "Ramştayn" formatında görüşlərin koordinasiyası Böyük Britaniya və Almaniyaya həvalə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930