Erməni siyasətçi Paşinyan hakimiyyətini siyasi təqibdə suçlayır

2-02-2024, 15:42 3 dəfə baxılıb

 

İrəvan meriyasının “Ana Ermənistan” fraksiyası ölkə hakimiyyətini siyasi təqibdə ittiham edib.

 

"Azerinews.az" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu blokun lideri Andranik Tevanyan jurnalistlərə bildirib.

 

O deyib ki, ilk insident onların fraksiyasının nümayəndəsi Narine Ayrapetyanın başına gəlib və nəticədə o, ölkəni tərk etmək məcburiyyətində qalıb. Daha sonra digər deputat Arşak Sarkisyan təqib olunub.

 

"O, bir neçə gün nəzarətdə olub. Polislə əlaqə saxladıqdan sonra hüquq-mühafizə orqanları maşını tapıb və sürücünü həbs ediblər", - Tevanyan bildirib.

 

İndi "Ana Ermənistan"ın 4 nümayəndəsinin birdən-birə mandatdan məhrum edilməsi məsələsi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031