Britaniyanın kəşfiyyat xidmətinə ilk dəfə qadın rəhbər təyin edildi

3-10-2025, 10:30 111 dəfə baxılıb

 

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti — Mİ6-nın rəhbərliyinə ilk dəfə qadın təyin olunub.

“Azerinews.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə Blaze Metreveli gətirilib.

48 yaşlı Metreveli 1909-cu ildə əsası qoyulan, lakin yalnız 1994-cü ildə rəsmi şəkildə mövcudluğu etiraf edilən Mİ6-nın tarixində həm ilk qadın rəhbər, həm də ən gənc 18-ci direktor olub.

O, 1999-cu ildən etibarən xarici kəşfiyyat sahəsində çalışır. Karyerasının böyük hissəsini Yaxın Şərqdə keçirən Metreveli ərəb dilində sərbəst danışır və bölgənin spesifik xüsusiyyətlərini dərindən bilir.

Mənbənin məlumatına görə, Metreveli rəhbər təyin edildikdən sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdəki təsir imkanlarının gücləndirilməsinə yönəldəcək. Bununla yanaşı, o, kəşfiyyat xidmətinin fəaliyyətini sosial media vasitəsilə daha açıq və şəffaf təqdim etməyi planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930