İranda güclü zəlzələ
İranın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
“Azerinews.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 1.5 milyon insanın yaşadığı İsfahan şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: