“Onlar bizi “nokaut” etmək istəyirdilər”

3-10-2025, 11:20 5 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı tətbiq edilən sanksiyaların tarixdə rekord həddə çatdığını və bu cəza tədbirlərinin nəticəsiz olduğunu bildirib.

“Azerinews.az” xəbər verir ki, bu haqda o, “Rossiya 24” telekanalında yayımlanan “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında danışıb.

Putin Rusiyaya qarşı olan sanksiyaları biabırçı adlandırıb:

“Bizi qlobal sistemdən “nokaut” etmək istəyirdilər, amma Rusiya möhkəmlik nümayiş etdirir. Biz bununla fəxr edirik”.

Rusiya lideri həmçinin vurğulayıb ki, bəzi ölkələr Moskvanı strateji məğlubiyyətə uğratmaq və rus xalqını çətin vəziyyətə salmaq istəyirlər, lakin onların planları uğursuz olacaq.

O, Qərb liderlərinə müraciət etməyi də unutmayıb:

“Sakit olun, öz problemlərinizlə məşğul olun. Avropada nələr baş verdiyini görün – iqtisadiyyat, sənaye, mədəniyyət və kimlik baxımından nələrin olduğuna baxın”.

Putin sonda əlavə edib ki, ölkəsi heç vaxt zəiflik nümayiş etdirməyəcək və hərbi rəqabətə hazırdır. O söyləyib ki, kimsə hərbi baxımdan Rusiya ilə rəqabət aparmaq istəyirsə, seçim onundur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930