Tramp onlara savaş elan etdi

3-10-2025, 11:26 13 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp narkotik kartellərini “qanunsuz döyüşçülər” elan edərək, ölkəsinin hazırda “qeyri-beynəlxalq silahlı münaqişə” vəziyyətində olduğunu söyləyib.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, bu qərar ABŞ-nin Karib dənizindəki qayıqlara zərbələr endirməsindən sonra Tramp administrasiyası tərəfindən hazırlanan memorandumda öz əksini tapıb.

Məsələ ilə tanış olan mənbənin bildirdiyinə görə, çərşənbə günü Pentaqon rəsmiləri bu məsələ barədə Konqresə məlumat veriblər. Qeyd edilir ki, memorandum Tramp administrasiyasının müharibə aparmaq üçün prezident səlahiyyətlərinin ənənəvi çərçivələrindən kənara çıxmaq niyyətində olduğunu göstərir.

Yerli KİV-lərin iddiasına görə, bu addım Ağ Evin müharibə səlahiyyətlərindən nə dərəcədə geniş istifadə etmək istədiyi və Konqresin bu cür hərbi əməliyyatlara nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı ciddi suallar yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031