İsrail Livana zərbə endirdi

3-10-2025, 13:08 13 dəfə baxılıb

 

İsrail Müdafiə ordusu Livanın cənubunda Hizbullah hərəkatının obyektinə zərbə endirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb. 

“Həmin obyektdə silah, hərbi qurğular və yeraltı infrastruktur obyektləri aşkar edilib”, - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, orada həyata keçirilən terror fəaliyyəti atəşkəs barədə razılaşmanın pozulması halıdır. 

Qeyd edək ki, İsrail və Livan 2024-cü ilin noyabrında atəşkəs barədə razılığa gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031