Gürcüstan DİN Tbilisidəki aksiyalarla bağlı araşdırmaya başladı

4-10-2025, 23:02 14 dəfə baxılıb

 

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mitinq zamanı baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

“"Azerinews.az” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze axşam saatlarında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin polis əməkdaşına hücum, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırış, qrup şəklində zorakılıq, habelə strateji və ya xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və ya bloklamağa cəhd maddələri ilə cinayət işi başlanıb.

Daraxvelidze qeyd edib ki, hüquq-mühafizə orqanları qanunsuz əməl törətmiş bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri prosessual və istintaq hərəkətlərini həyata keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031