"Girovlar bazar ertəsi azad ediləcək”

9-10-2025, 11:40 13 dəfə baxılıb

 

Qəzzaya dair sazişlə bağlı əsas məsələ girovların azad olunmasıdır.

“Azerinews.az”ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, girovların, böyük ehtimalla, bazar ertəsi evlərinə qayıdacağı gözlənilir.

Trampın sözlərinə görə, girovlarla yanaşı, girov saxlanılan meyitlərin də qaytarılması baş tutacaq.

Prezident əlavə edib ki, Qəzza tezliklə daha dinc və təhlükəsiz bir yerə çevriləcək:

“Aydındır ki, ora tamamilə dağılıb və bu, yalnız İsraillə bağlı məsələ deyil. Bu problemlər uzun illərdir davam edir. İnanırıq ki, Qəzza yenidən qurulacaq və bölgədəki digər ölkələr bu prosesə dəstək verəcəklər. Düşünürəm ki, bütün bunlar sülh yolu ilə həll olunacaq. Mən tam əminəm ki, Yaxın Şərqə sülh gələcək. Bu bölgədə sülh insanların əsrlərdir arzuladığı bir məqsəddir”, – deyə Tramp vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930