Ərdoğandan İsrail-HƏMAS razılaşmasına - Münasibət

9-10-2025, 11:52 7 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS hərəkatının Qəzza zolağı ilə bağlı razılaşmasına münasibət bildirib. 


“Azerinews.az” xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.

"Şarm əl-Şeyxdə həyata keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuruq. 

İsrail hökumətinin atəşkəsə təşviq edilməsində lazımi siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Tramp başda olmaqla, razılaşmanın əldə olunmasına mühüm dəstək verən qardaş ölkələrimiz Qətər və Misirə səmimi təşəkkürümü bildirirəm. Türkiyə olaraq razılaşmanın icrasını yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik”, - Türkiyə lideri bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsini imzaladıqlarını açıqlayıb. Bu gün isə İsrail və HƏMAS-ın atəşkəs rejiminin dərhal qurulması barədə razılaşma imzalayacaqları gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930