Dreyk boğazında 6,3 bal gücündə zəlzələ baş verib
Atlantik okeanının Dreyk boğazında 6.3 bal gücündə zəlzələ baş verib.
"Azerinews.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, zəlzələnin episentri Argentinanın Uşuaya şəhərinin 694 kilometr cənub-şərqində yerləşib, ocağı 10 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: