Trampın keçmiş müşavirinə 18 maddəlik ittiham

17-10-2025, 09:58 6 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı 18 maddəlik ittiham aktı hazırlanıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə CNN adının açıqlanmasını istəməyən iki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən evində axtarış aparılmış Bolton məxfi məlumatları qanunsuz saxlamaq və paylaşmaqda ittiham olunur.

Məlumata əsasən, C.Boltonun yaxın günlərdə Merilend ştatının Qrinbelt şəhərində yerləşən federal məhkəməyə təslim olacağı gözlənilir.

İstintaq sənədlərində qeyd olunur ki, Bolton vəzifədə olduğu dövrdə həyat yoldaşı və qızı ilə məxfi məlumatları e-poçt vasitəsilə paylaşıb. Onun bu hərəkətləri ABŞ qanunvericiliyinə əsasən, ciddi cinayət kimi qiymətləndirilir.

Qeyd edək ki, Con Bolton 2018-2019-cu illərdə Ağ Evdə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. O, Tramp Administrasiyasının “İrana maksimum təzyiq” siyasətinin əsas memarlarından biri kimi tanınıb. Sonradan Trampın bəzi qərarları ilə razılaşmadığı üçün vəzifədən uzaqlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031