İsrail Türkiyə missiyasına icazə vermədi

17-10-2025, 10:05 8 dəfə baxılıb

 

İsrail Türkiyənin axtarış-xilasetmə missiyasının Qəzzaya daxil olmasına icazə verməyib.  

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan-11” telekanalı yayıb. 

Missiyanın məqsədi Qəzzada israilli girovların cəsədlərinin axtarılmasına yardım etmək olub. 

“İsrail hesab edir ki, HƏMAS azı 10 girovun qalıqlarının harada olduğunu bilir. Bu ərazilərin əksəriyyəti asan əlçatılan yerlərdir və HƏMAS-a cəsədlərin çıxarılması üçün xüsusi texnika lazım deyil”, - məlumatda bildirilib. 

Qeyd edək ki, İsrail HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin icrasını uzatmağa çalışır. Sözügedən mərhələ isə hərəkatın tərksilah olunmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031