“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan

18-10-2025, 19:47 6 dəfə baxılıb

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmaq üçün rəsmi müraciət təqdim etməyə hazırlaşdığını bildirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə o, “Deutsche Welle”yə müsahibəsində söyləyib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan parlamenti artıq hökuməti Aİ-yə üzvlüyə can atmağa məcbur edən qanunu qəbul edib:

“Dəqiq tarix demək çətindir, bəlkə gələn ay, bəlkə də gələn il müraciət təqdim olunacaq. Bu, bir sıra amillərdən asılıdır. Amma bu, artıq bizim rəsmi siyasi kursumuzdur”.

O, həmçinin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə dərinləşdiyini, viza rejiminin sadələşdirilməsi prosesinin uğurla davam etdiyini və tərəflərin yeni tərəfdaşlıq sənədləri üzərində işlədiyini qeyd edib.

Nazir bildirib ki, yeni əməkdaşlıq proqramının imzalanması yaxın üç ay ərzində mümkündür:

“Ermənistan vətəndaşları bizdən irəliləmə gözləyir, hətta bəzən prosesin ləngiməsindən narazılıqlar da eşidirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031