Kallas Putinin Aİ-yə mümkün səfərindən narazıdır

20-10-2025, 13:25 5 dəfə baxılıb

 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla görüşmək üçün Macarıstana mümkün səfərindən narazıdır. 

“Azerinews.az” Ukraynanın “Yevropeyskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Avropa İttifaqının xarici məsələlər üzrə iclasından öncə jurnalistlərə bildirib.

“Budapeşt səfərinə gəlincə, əlbəttə, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verdiyi şəxsin Avropa ölkəsinə səfər etməsini görmək xoşagəlməzdir. Yenə də, sual ondan ibarətdir ki, bunun hər hansı nəticəsi olacaqmı?”, - Kallas deyib.

O, Aİ-nin Budapeştdəki hadisələrin gedişatını izləyəcəyini söyləyib və Rusiyanın “yalnız təzyiq altında olduğu zaman” danışıqlara razılaşdığını xatırladıb. 

Xatırladaq ki, oktyabr;n 16-da V.Putin və D.Tramp arasında telefon danışığı baş tutmuşdu. Bundan sonra ABŞ lideri Rusiya prezidenti ilə Budapeştdə görüşə biləcəklərini açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930