Lavrov-Rubio görüşü təxirə salındı

21-10-2025, 09:41 8 dəfə baxılıb

 

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş təxirə salınıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Görüşün bu həftə niyə baş tutmayacağı hələlik aydın deyil, lakin mənbələrdən biri Rubio və Lavrovun görüşün mümkün yekunları barədə fərqli gözləntilərə malik olduğunu bildirib”, - məlumatda deyilir.

Həmçinin bildirilib ki, tərəflər arasında görüşün yeni tarixi hələ məlum deyil. Bundan başqa, danışıqların təxirə salınmasının Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Budapeştdə keçirilməsi gözlənilən görüşə necə təsir göstərəcəyi də bilinmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930