"Apple” şirkətinin tarixində ilk

21-10-2025, 09:46 14 dəfə baxılıb

 

NASDAQ birjasında oktyabrın 21-də səhər saatlarında aparılan ticarət əməliyyatları zamanı “Apple” şirkətinin səhmləri 4%-dən çox artaraq 263,47 dollar səviyyəsinə çatıb. Bu, şirkətin tarixində ən yüksək göstərici kimi qeydə alınıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, səhmlərdəki artım “Loop Capital” investisiya şirkətinin “Apple” üçün hədəf qiyməti 226 dollardan 315 dollara yüksəltməsindən sonra proqnozlaşdırılırdı. Şirkət bu qərarını “iPhone 17” modelinin gözləniləndən daha güclü satış nəticələrinə əsasən verib.

“Bloomberg” analitiklərinin məlumatına görə, ABŞ və Çin kimi əsas bazarlarda “iPhone 17”nin ilk on gün ərzindəki satışları əvvəlki model olan “iPhone 16”nın göstəricilərini 14% üstələyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031