Rusiyada zavodda partlayış - Ölənlər var

23-10-2025, 09:54 16 dəfə baxılıb

 

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 9 nəfər həyatını itirib.

“Azerinews.az”ın xəbərinə görə, bu barədə məlumatı vilayət qubernatoru Aleksey Teksler verib.

O, “Telegram” kanalında yayılan paylaşımında bildirib ki, hadisə zamanı əlavə 5 nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, açıq alov artıq söndürülüb, əraziyə su verilib və xilasedicilər tezliklə dağıntıların təmizlənməsinə başlayacaqlar.

Teksler həmçinin vurğulayıb ki, insidentin şəhər sakinləri və digər mülki obyektlər üçün təhlükəsi yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031