Mussolininin villası satışa çıxarıldı

23-10-2025, 09:56 8 dəfə baxılıb

 

İtaliyada faşist diktator Benito Mussolininin yay aylarını keçirdiyi məşhur villa satışa çıxarılıb.

“Azerinews.az”ın məlumatına görə, Adriatik dənizi sahilində, Emiliya-Romanya regionunun Rikçione kurortunda yerləşən “Villa Mussolini” hərrac vasitəsilə satışa təqdim olunub.

Məlumata əsasən, Rikçione Bələdiyyəsi villanın alınması üçün təklif irəli sürməkdə maraqlıdır. Lakin potensial alıcının əmlakın adını dəyişdirməsinə icazə verilmir – o, “Villa Mussolini” adını saxlamalıdır.

Qeyd edək ki, Benito Mussolini 1934–1943-cü illərdə ailəsi ilə birlikdə bu villanı yay iqamətgahı kimi istifadə edib. 1893-cü ildə inşa olunan bina bərpa işlərindən sonra 2005-ci ilin iyul ayında yenidən istifadəyə verilib və o vaxtdan bəri sərgilər və müxtəlif tədbirlərin keçirildiyi məkana çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930