Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı

23-10-2025, 09:58 8 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşün Vaşinqton tərəfindən ləğv edildiyini açıqlayıb.

“Azerinews.az”ın məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bunu düzgün hesab etmədim”, – deyə Tramp görüşün ləğv səbəbi barədə bildirib.

Prezident əlavə edib ki, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi qərarı da təsadüfi deyil. Onun sözlərinə görə, bu addımın vaxtı artıq yetişmişdi.

Tramp həmçinin yeni neft sanksiyalarının Vladimir Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, iki ölkə lideri arasında yaxın zamanlarda Macarıstanda görüş keçirilməsi planlaşdırılırdı. Lakin daha sonra Ağ Ev görüşün baş tutmayacağını açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031