“Bu qərarlar Rusiyaya qarşı müharibə aktıdır”

23-10-2025, 15:19 4 dəfə baxılıb

 

"ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları və Prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsi Rusiyaya qarşı müharibə aktıdır”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “MAX” platformasındakı kanalında yazıb.

“Əgər çoxsaylı şərhçilərdən kimdəsə hələ də illüziyalar qalıbsa, buyurun. ABŞ bizim düşmənimizdir. Onların çox danışan “sülhməramlısı” indi tam olaraq Rusiya ilə müharibə yoluna qədəm qoyub”, - Medvedev bildirib.

Sabiq prezidentin fikrincə, Trampın hərəkətlərinə haqq qazandırmaq onun Rusiyaya qarşı addımlar atması faktını dəyişmir: “Bu, əsas məsələni dəyişmir: qəbul edilmiş qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”.

Bununla yanaşı, o, Trampın bu hərəkətlərinin müsbət tərəfinin də olduğunu qeyd edib.

“Artıq lazımsız danışıqlara vaxt itirmədən Ukraynaya birbaşa zərbələr endirmək və qələbəyə masa arxasında deyil, döyüş meydanında nail olmaq olar”, - Medvedev yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930