"Bu sözlərim məni növbəti dəfə ittiham etməyə əsas verir” - Paşinyan

23-10-2025, 15:25 11 dəfə baxılıb

 

"Erməni konyakı anlayışı yoxdur”.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib. 

"Mənim “Ermənistanda konyak istehsal edilə bilməz” deməyim məni növbəti dəfə milli köklərimizdən uzaqlaşmaqda ittiham etməyə əsas verir. Biz bu məlumatı bilməliyik: konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilmiş üzümdən istehsal oluna bilər. Ermənistanda şampan ola bilməz, çünki şampan yalnız Fransanın Şampan bölgəsində yetişdirilmiş üzümdən istehsal edilir”, - Paşinyan deyib.

Onun bu açıqlaması sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031