Ruslar Putinə nə qədər etibar edir? - Sorğu

24-10-2025, 13:49 10 dəfə baxılıb

 

Rusiyalıların 77,8 faizi Prezident Vladimir Putinə etibar edir. 

“Azerinews.az” lenta.ru-ya istinadən xəbər verir ki, bu, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı rəy sorğusunun nəticələrindən məlum olub.

Son sosioloji sorğuya əsasən, rusiyalıların 74,5 faizi Putinin fəaliyyətini bəyənir, 15,6 faizi isə onun işini mənfi qiymətləndirir. Bundan başqa, vətəndaşların 77,8 faizi dövlət başçısına etibar etdiyini, 17,1 faizi isə etibar etmədiyini bildirib. 

Rəy sorğusu 13-19 oktyabr tarixlərində 18 yaşından yuxarı 1600 Rusiya vətəndaşı arasında telefon vasitəsilə aparılıb. 

Qeyd edək ki, 3-5 oktyabr tarixlərində keçirilmiş əvvəlki rəy sorğusunda repondentlərin 79 faizi Putinə inandığını bildirmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031