Ayşe Barımın həbs qərarı ləğv edildi

25-10-2025, 13:54 13 dəfə baxılıb

 

Türkiyədə Gəzi Parkı etirazlarını planlaşdırmaqda təqsirləndirilərək yenidən saxlanılan menecer Ayşe Barım barəsində verilmiş həbs qərarı ləğv edilib. 

“Azerinews.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qərar Məhkəmə-Tibbi Ekspertizasının təqdim etdiyi rəyə əsasən çıxarılıb.

Rəydə qeyd olunub ki, Ayşe Barımın səhhəti səbəbindən onun müalicəsinin xəstəxana şəraitində davam etməsi zəruridir və həbsxana şəraitində qalması uyğun hesab edilmir.

Beləliklə, Barımın barəsində olan həbsə dair qərar ləğv edilib. O, bundan sonra müalicəsini xəstəxana şəraitində davam etdirəcək.

Xatırladaq ki, Ayşe Barım Gəzi Parkı hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031