Moskvaya kütləvi dron hücumu olub

27-10-2025, 12:35 4 dəfə baxılıb

 

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində Moskvaya yaxınlaşan 36 pilotsuz uçuş aparatını (PUA) vurub.

“Azerinews.az” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin teleqram kanalında bildirib. 

Vurulmuş dronların hissələrinin düşdüyü yerlərdə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri çalışır. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə gecə ərzində Ukraynaya məxsus 193 dron zərərsizləşdirilib. 

Moskvadan əlavə ən çox dronun Bryansk, Kaluqa və Tula vilayətləri üzərində vurulduğu da qeyd olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031