Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahəti ləğv edəcək

27-10-2025, 12:46 9 dəfə baxılıb

 

Monteneqro hakimiyyəti Podqoritsada yerli vətəndaşın türklər tərəfindən bıçaqlanması hadisəsindən sonra 27 oktyabrda Türkiyə vətəndaşları üçün vizasız səyahəti təcili qaydada ləğv edəcək.

"Azerinews.az" ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç "X" hesabında yazıb.

"Biz Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq ləğv edilməsi barədə təcili qaydada qərar verəcəyik. Qarşıdakı dövrdə iqtisadi aktivlik və yaxşı ikitərəfli münasibətlərin qorunması məqsədilə biz Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq, bu danışıqlar mehriban əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal modelin tapılmasını nəzərdə tutacaq", - deyə Spayiç bildirib.

Qeyd edək ki, oktyabrın 26-da axşam Monteneqro polisi Podqoritsa sakinini bıçaqladıqlarına görə iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisənin baş verdiyi ərazidə yüzlərlə adam toplaşıb və miqrantlar əleyhinə şüarlar səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları digər qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031