"Guardian": "Aİ Rusiyadan maye qazın ən böyük alıcısı olaraq qalır"
Rusiyaya qarşı sanksiyaların 19-cu paketində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının mərhələli şəkildə qadağan edilməsi fonunda Avropa İttifaqı (Aİ) RF mənşəli adıçəkilən məhsulun ən böyük alıcısına çevrilib.
"Azerinews.az" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin məlumatlarına istinadla yazıb.
Bildirilir ki, 2022-ci ilin fevralından 2025-ci ilin sentyabrına qədər Aİ MTQ-nin təxminən yarısını RF-dən idxal edib, siyahıda sonrakı yerləri Çin (22%) və Yaponiya (18%) bölüşürlər. Üstəlik, Aİ Rusiyadan boru kəməri ilə nəql edilən qazın ən böyük alıcısı (təxminən 35%) olub. Aİ-nin ardınca Çin (30%) və Türkiyə (29%) gəlirlər.
Aİ ölkələri arasında Rusiya mənşəli qazın əsas alıcıları Macarıstan, Slovakiya, Fransa, Belçika və Niderlanddır.
2024-cü ilin yekunlarına görə, Aİ-də Rusiyadan LNG tədarükü 21% artaraq rekord 21,5 milyard kubmetrə çatıb. 2025-ci ilin doqquz ayı ərzində qaz axını 7% azalaraq 15 milyard kubmetrə yaxınlaşıb.
Bununla belə, Avropa İttifaqı Statistika İdarəsinin məlumatına və TASS-ın hesablamalarına görə, bu ilin yanvar-avqust aylarında Aİ-də Rusiya qazının ümumi alışı 8% artaraq 9.75 milyard avroya çatıb. Avropa İttifaqı Rusiyadan 4,1 milyard avroluq boru kəməri qazı, 5.7 milyard avroluq LNG alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: