Ərdoğan Starmeri qəbul etdi

27-10-2025, 20:00 4 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Böyük Britaniyanın Baş naziri Kir Starmeri rəsmi mərasimlə qarşılayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, Starmerin kortejini Prezident Sarayının qarşısında atlı süvarilər müşayiət edib. Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib Məlumata görə, Ərdoğan və Starmerin ikitərəfli görüşdən sonra anlaşmaların imzalanması mərasimi və birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler, Prezidentin kommunikasiya rəhbəri Burhaneddin Duran və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031