Belarus Litvaya etiraz notası verdi

27-10-2025, 21:03 3 dəfə baxılıb

Belarus Xarici İşlər Nazirliyi Litvanın respublikadakı müvəqqəti işlər vəkili Erikas Vilkaneksa sərhədin birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə “BELTA” diplomatik nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Minsk bəyan edib ki, sərhədin bağlanması əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib və təkcə Belarus vətəndaşlarının deyil, Litva və digər Avropa İttifaqı ölkələrinin vətəndaşlarının da hüquqlarına toxunub. Belarus Xarici İşlər Nazirliyi həmçinin əlavə edib ki, Vilnüs hərəkət azadlığı prinsipinə və Avropa İttifaqının dəyərlərinə məhəl qoymadığını nümayiş etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930