Dubayda üzən muzey tikəcəklər

28-10-2025, 10:39 5 dəfə baxılıb

 

Dubayda yeni memarlıq layihəsi – Dubay Üzən İncəsənət Muzeyi (DUMA) istifadəyə veriləcək. 

“Azerinews.az” xəbər verir ki, layihə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktum tərəfindən təqdim olunub.

O bildirib ki, muzeyin məqsədi Dubayın qlobal mədəniyyət paytaxtı statusunu gücləndirməkdir. Layihənin müəllifi dünya şöhrətli yapon memar Tadao Andodur. Onun dizaynı Dubayın dəniz və mirvari irsindən ilhamlanıb. Beşmərtəbəli muzey Dubay körfəzinin sularında inşa ediləcək və şəhər mənzərəsi ilə harmoniyada olacaq.

Muzeydə sərgi zalları, restoran və VIP zonalar, eləcə də kitabxana, təhsil və tədqiqat mərkəzləri fəaliyyət göstərəcək. DUMA yalnız sərgilər üçün deyil, həm də mühazirələr, panel müzakirələr, təlimlər və incəsənət yarmarkaları üçün yaradılacaq mədəniyyət məkanı olacaq.

Qeyd edək ki, layihə Dubayın mədəniyyət və iqtisadi inkişafı birləşdirən strateji baxışını əks etdirir və şəhəri beynəlxalq yaradıcılıq mərkəzinə çevirməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930