"Vikipediya”ya alternativ yaratdı

28-10-2025, 11:07 3 dəfə baxılıb

 

Amerikalı biznesmen İlon Mask “Vikipediya” ensiklopediyasının analoqu olan “Qrokipediya”nı (“Grokipedia”) işə salıb.

“Azerinews.az” “Business Insider”ə istinadən xəbər verir ki, yeni platformada hazırda 885 279 məqalə var, “Vikipediya”da isə bu say 8 milyondan çoxdur.

Hazırda “Qrokipediya” 0.1 versiyasında işləyir. Əsas səhifədə yalnız axtarış sətri göstərilir və istifadəçiyə sorğusunu daxil etmək təklif olunur.

Mask yaratdığı saytın “Vikipediya”dan daha qərəzsiz olduğunu iddia edir.

Qeyd edək ki, “Qrokipediya” Maskın “Grok AI” çat-botu əsasında işləyir. “Grok” çat-botunun modeli 2023-cü ilin noyabrında işə salınıb və dərhal amerikalı biznesmenə məxsus olan “X” sosial şəbəkəsinə inteqrasiya edilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930