Çin “süni günəş” yaradır

28-10-2025, 16:41 145 dəfə baxılıb

 

Çin “süni günəş” adlandırılan BEST eksperimental termonüvə reaktorunun tikintisini 2027-ci ildə tamamlayacaq. 

“Azerinews.az” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun hazırladığı qurğu sənaye miqyasında elektrik enerjisi istehsal edən dünyanın ilk termonüvə stansiyası ola bilər.

400 tondan çox çəkisi olan reaktor nəhəng “termos” prinsipi ilə işləyir: güclü maqnitlər deyterium və tritiumdan ibarət qızmış plazmanı saxlamaq üçün -269 °C-yə qədər soyudulur.

Qeyd edək ki, bu, Çinin “süni günəş” adlandırılan ilk layihəsi deyil. Daha əvvəl EAST tokamakı da məhz belə adlandırılıb. EAST 2025-ci ilin əvvəlində plazmanı 1066 saniyə ərzində saxlayaraq dünya rekordu müəyyən etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031